AMİP-in namizədləri sənədlərini Dairə Seçki Komissiyalarına təqdim etməyə başlayıblar

15 Sentyabr 2010 03:10 (UTC+04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) parlament seçkilərinə irəli sürdüyü namizədlər müvafiq dairələr üzrə sənədlərini bu gündən Dairə Seçki Komissiyalarına təqdim etməyə başlayıblar. SİA-ya açıqlamasında bu haqda AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib.

 

Xəbər verildiyi kimi, AMİP Mərkəzi Şurasının 11 sentyabr 2010-cu il tarixli iclasında noyabın 7-də keçiriləcək parlament seçkilərinə partiyanın namizədləri təsdiqlənib. Partiya seçki sənədlərinı isə dünən Mərkəzi Seçki Komissiyasına təqdim edib.