Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Tuncaya iki gün ad günü keçirib. SİA-nın məlumatına görə, 8 yaşı tamam olan Tuncay üçün əvvəlcə sinif yoldaşlarının iştirakı ilə məclis təşkil edilib. Növbəti gün isə ailə birlikdə toplanıb. M.İsgəndərli nəvəsinə bir neçə hədiyyə alıb: “Tuncay ilk nəvəmdir. Nə istəyir, etməyə çalışıram. Bu dəfə velosiped və skuter aldım. Söz vermişdim ki, birinci sinfi əlaçı bitirsə, istədiklərini alacam. Hər ikimiz də sözümüzün üstündə durduq”.