Külli miqdarda pul mənimsəyən Bakı sakini saxlanılıb

15 Sentyabr 2010 01:45 (UTC+04:00)

Neftçalada camaatı aldadaraq onlardan pul alan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini Vüqar Allahverdiyev, Neftçala şəhər sakinləri Fuad Mürvətov, Raqib İmanov, Damət Qorçiyev və Xolqarabucaq kənd sakini Emil Bağırovun etimadlarını qazanaraq onlardan müvafiq olaraq onlardan 2000, 7475, 11 min manat pul və 300 manat dəyərində mobil telefon alaraq mənimsəyib.

 

Faktla bağlı araşdırmalar aparılır.