Əhmədinejad XİN başçısını qaralayıb

15 Sentyabr 2010 01:29 (UTC+04:00)

İranın prezidenti Mahmud Əhmədinejad xarici işlər naziri Manüçöhr Mottakini işdən azad edə bilər. SİA-nın erməni mətbuatına sitinadən verdiyi xəbərə görə, İran prezidenti Mahmud Əhmədinejad ilə xarici işlər naziri Manuçöhr Mottəki arasında münasibətlər son dərəcə pisləşib. Belə ki, buna səbəb son aylar Əhmədinejad və komandasının Xarici İşlər Nazirliyi və parlamentlə razılaşdırmadan sərbəst xarici siyasət yürütməsidir.

 

Son olaraq Əhmədinejadın Mottəkidən xəbərsiz 4 nəfəri prezidentin xüsusi elçisi təyin etməsi isə münasibətləri daha da pisləşdirib. Məlumata görə, Mottəki bunu özünə təhqir saydığını və istefa verə biləcəyini söyləyib.