“Turizm və qonaqpərvərlik tədqiqatları”

19 İyun 2017 14:09 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci ilin I sayı çapdan çıxıb. SİA-nın məlumatına görə, bu nömrədə Azərbaycan Turizm və Menecment Universitetində kadr hazırlığı aparılan ixtisasların rəqabət mühiti, Azərbaycan turizminin iqtisadi inkişaf perspektivləri, yeni turların yaradılma texnologiyaları, turizm sahəsinin inkişafında təhsilin əhəmiyyəti, sosial sahibkarlıq və sosial maliyyə bazarlarının qiymətləndirilməsi və mədəniyyətlərarası əlaqələrin formalaşmasınının tədqiqi kimi araşdırma nəticələri yer alıb.

Jurnalın elektron versiyası ilə universitetin veb saytında(www.atmu.edu.az), həmçinin Kitabxana İnformasiya Mərkəzində (KİM) tanış olmaq olar.