Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili sentyabrın 14-də Fəxri xiyabana gəlib. SİA-nın məlumatına görə, Gürcüstan dövlətinin başçısı xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Ali qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi düzüb.
Daha sonra Gürcüstan Prezidenti Şəhidlər xiyabanına gəlib, Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının üstünə tər güllər düzülmüş məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Gürcüstan dövlətinin başçısı Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.