AŞF-nin prezidenti bu gün milli komandanın üzvləri ilə görüşəcək

14 Sentyabr 2010 19:54 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, sentyabrın 19-dan oktyabrın 4-dək Rusiyanın Xantı-Mansiysk şəhərində Ümumdünya şahmat olimpiadası keçiriləcək. Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətidən SİA-ya verilən məlumata görə, bununla əlaqədar olaraq bu gün AŞF-nin prezidenti Elman Rüstəmov Mərkəzi Bankın mənzil qərargahında kişi və qadınlardan ibarət milli komandanın üzvləri ilə görüş keçirəcək. Görüşdə milli komandanın üzvlərindən başqa məşqçilər heyəti və federasiyanın vitse-prezidentləri Faiq Həsənov və Mahir Məmmədov da iştirak edəcək.