“Stok Siti” “Aston Villa”dan üstün olub

14 Sentyabr 2010 18:34 (UTC+04:00)

İngiltərə Premyer Liqasının 4-cü turunun oyunları başa çatıb. SİA-nın məlumatına görə, turun son günündə "Stok Siti" "Aston Villa" ilə qarşılaşıb. "Stok Siti" rəqibini məğlub etməyi bacarıb. Belə ki meydan sahibi qonaqların qapısında 2 top keçirib. Bunun əvəzində isə öz qapısından cəmi 1 qol buraxıb.

Turun bütün oyunlarının nəticələrini nəzərinizə çatdırırıq:

"Everton" – "Mançester Yunayted" 3:3
"Arsenal" –"Bolton" 4:1
"Fulhem" – "Vulferhemton" 2:1
"Mançester Siti" – "Bləkbörn" 1:1
"Nyukasl" – "Bləkpul" 0:2
"Vest Bromviç" –"Tottenhem" 1:1
"Vest Hem" – "Çelsi" 1:3
"Viqan" – "Sanderlend" 1:1
"Birmingem" – "Liverpul" 0:0
"Stok Siti" - "Aston Villa" 2:1