Vayra Vike-Freyberqa İçərişəhərlə tanış olub

14 Sentyabr 2010 05:25 (UTC+04:00)
BMT baş katibinin xüsusi elçisi, Avropa İttifaqının Uzunmüddətli İnkişaf Proqramının həmsədri, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa sentyabrın 13-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi ilə tanış olub. SİA-nın xəbərinə görə, elektromobillərlə başlanan gəzinti zamanı İçərişəhər, Qoşa Qala qapıları və yaxınlığındakı meydan barədə maraqlı tarixi məlumatlar qonağın diqqətinə çatdırılıb. Sonda qonaq İçərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.