"Səbail" Nurlan Novruzovu transfer edib

13 İyun 2017 17:12 (UTC+04:00)

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq "Səbail" növbəti transferini həyata keçirib. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi son olaraq "Zirə"də çıxış edən Nurlan Novruzovu transfer edib. Onunla 1 illik müqavilə imzalanlb.
Qeyd edək ki, "Səbail" həmçinin Kamal Qurbanov, Murad Ağayev, Yamin Ağakərimzadə, Emin Mehdiyev, Aqşin Muxtarlı, Raul Yaqubzadə və Vüqar Nadirovu da heyətinə cəlb edib.