Göygöl Ordubad rayonunda Bist-Nurgüt kəndləri səmtindədir. Göl, suyunun mənbəyini dağ zirvələrindəki əriyən qarlar və gölün ortasında qaynayan bulaqlardan alır.
Bura yerli əhali arasında “dörd fəsil” gölü də adlanır. Çünki gölün bir tərəfində qar olanda digər tərəfində çiçək açır. Artıq aranda havalar bir xeyli isinsə də, Göygöl hələ də qarın-buzun ağuşundadı.
Bu təbiət gözəli dağ və təbiət turizm həvaskarlarının yolunu gözləyir.
Naxcivantv.az əməkdaşları gözəl təbiət nümunəsi kimi göz oxşayan Göygöldə olublar.