Naxçıvanın qədim insan məskəni - Qazma mağarası VİDEO

12 İyun 2017 09:11 (UTC+04:00)

Şərur rayonu ərazisindəki Qazma mağarası Naxçıvanın nəinki Azərbaycanda, həmçinin dünyadakı ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edən abidələrdəndir.

Qazma mağarası Şərur rayonunun Tənənəm kəndindən 3 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Mağara turizm həvəskarları üçün maraqlı bir məkandır.

Naxcivantv.az - ın əməkdaşları bu qədim mağarada olublar.