Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün vətənə qayıdacaq

13 Sentyabr 2010 23:30 (UTC+04:00)
Bu gün dünya çempionatında komanda hesabında 2-ci olmuş sərbəst güləş üzrə Azərbaycan yığması vətənə qayıdacaq. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, pəhləvanlarımızı gətirən təyyarə saat 14:40 Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Xatırladaq ki, idmançılarımız Moskvada baş tutmuş çempionatda sərbəst üsulla yarışlarda 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.