"İstehsalatda qəza halları əsasən tikinti sektorunda baş verir"

13 Sentyabr 2010 20:28 (UTC+04:00)

Cari ilin ötən dövründə Lənkəran, Astara və Lerik rayonlarında istehsalatda qəza halları əsasən tikinti sektorunda baş verib. Bu barədə SİA-nın cənub bürosuna məlumatı 9 nömrəli bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəis müavini Rasim Rəhimov bildirib. Onun sözlərinə görə, bu müddət ərzində müfəttişliyə daxil olan şikayət ərizələrinin araşdırılması, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinin tələblərinin icra edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. O həmçinin qəzalarn baş verməməsindən ötrü şirkətlərin işçilərini fərdi mühafizə vasitələri ilə təchiz etməli, onlarla əmək müqaviləsi bağlamalı olduğunun vacibliyini vurğulayıb.

Müfəttişliyin rəsmisi onu da bildirib ki, əmək qanunvericiliyinin pozulması ilə bağlı indiyədək idarəyə 46 müraciət daxil olub. Bunun da 17-si tikinti sahəsində alınmış xəsarətlərlə bağlıdır.