Dünya liderləri Azərbaycan Prezidentini təbrik edir

8 İyun 2017 18:39 (UTC+04:00)

Dünya ölkələrinin liderlərindən Milli bayramınız – Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdədir. SİA-nın verdiyi məlumata görə, daha üç ölkənin prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb:

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və qardaş Azərbaycan xalqını təbrik edirəm.

Son illər Azərbaycan iqtisadiyyatda və sosial sahədə nəzərəçarpan uğurlar əldə edib, iqtisadi, ictimai-siyasi və mədəni inkişafın bir sıra istiqamətlərində aparıcı mövqelər qazanaraq beynəlxalq aləmdə nüfuzunu möhkəmlədib.

Azərbaycan və Dağıstan xalqlarını tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır, bizim mədəniyyətimizdə, dinimizdə ortaq cəhətlər çoxdur. Azərbaycan Respublikası Dağıstanın ən böyük ənənəvi xarici ticarət tərəfdaşıdır. Biz Azərbaycan rəhbərliyinin qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək, müxtəlif sahələrdə müştərək perspektivli layihələr həyata keçirmək üçün səmimi səylərini yüksək qiymətləndiririk.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini nəzərə alaraq əminəm ki, dostluğumuzu və səmərəli qarşılıqlı əlaqələrimizi qoruyub saxlamaq naminə bundan sonra da səylərimizi artıracağıq.

Hörmətli İlham Heydər oğlu, Sizə, bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh və firavanlıq arzu edirəm.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik olan ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bu illər ərzində daim möhkəmlənib, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli yüksəlişlə müşayiət olunub.

Biz Tacikistan-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatmasını qiymətləndiririk və ölkələrimizin müasir qarşılıqlı münasibətlərinin yeni praktiki məzmun kəsb etməsində maraqlıyıq.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızın və dövlətlərimizin köklü maraqlarına cavab verən Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinə ümumi səylərimizlə daha böyük səmərə və dinamizm verə bilərik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm.

Koreya Respublikasının Prezidenti Mun Ce-indən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Koreya Respublikasının Hökuməti və xalqı adından ürəkdən təbrik edirəm.

Tarixin son 25 ili ərzində müstəqil Azərbaycan yalnız siyasət, iqtisadiyyat, mədəniyyət sahələrində deyil, cəmiyyət həyatının bütün sahələrində möhtəşəm tərəqqiyə nail olub.

Sıx əlaqələrimiz və mədəni köklərimizdəki oxşarlıqlar əsasında qurulmuş və zaman keçdikcə dərinləşən əməkdaşlıq münasibətlərimizin qarşıdakı illərdə daha da möhkəmlənəcəyinə ümid edirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasına əbədi firavanlıq arzularımı çatdırıram.