Nazın yeni sevgilisi VİDEO

8 İyun 2017 17:01 (UTC+04:00)

“Zuhal Topalla” izdivaç verilişinə qatılan azərbaycanlı Naz Mila yeni sevgili tapıb. SİA-nın məlumatına görə, Naz bu dəfə Uğurla bir araya gəlib. Cütlüyün bir araya gəlməsinə verilişin aparıcısı Zuhalı da təəccübləndirib. Bəy namizədlərdən olan Uğur “Nazla burada 3-4 günlük münasibətimiz oldu. İçimdə ona qarşı bir hiss qaldı. Yarımçıq qalan hisslərimi tamamlamaq istəyirəm” sözlərini deyib.

Naz isə “Kaş vaxt itirməyib, səni daha əvvəl tanısaydım” cavabını verib.

Naz daha sonra münasibətlərinin yaxşı olduğunu deyib:

Studiyada olan iştirakçılar Uğurla Nazın münasibətinə inanmadıqlarını söyləyiblər.