İran xalqı terrorçulara, düşmənlərə qarşı daha da mübariz olaraq iradəsinin sarsılmasına imkan verməyəcək. Bu sözləri İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei deyib.
Tələbələrlə görüşən Ali Rəhbər Tehranda törədilən terror hadisələrinə münasibət bildirərək qeyd edib: “İran dövlətini öz yolundan döndərməyə çalışanlar bilsinlər ki, xalqın iradəsinı qıra bilməzlər. Biz öz yolumuzu davam etdirəcəyik. İran xalqı inqilab edərək azadlıq qazanıb. İnqilabdan sonra İran dəfələrlə belə sınaqlara çəkilib və bütün sınaqlardan alnıaçıq çıxaraq yoluna davam edib”. Seyid Əli Xamenei terrora dəstək verənlərin layiqli cəzalarını alacağını nəzərə çatdırıb.
Xatırladaq ki, iyunun 7-də səhər saatlarında İran parlamentində və İslam İnqilabının banisi İmam Xomeyninin mavzoleyində törədilən terror aksiyaları nəticəsində 12 nəfər həlak olub.