General rayon sakinləri ilə görüşəcək

5 İyun 2017 13:57 (UTC+04:00)

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il iyun ayının 24-də Quba Rayon Polis Şöbəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qeyd edək ki, qəbula gələn sakinlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.