Aytac Vidadiqızı yenilik etdi VİDEO-FOTOLAR

5 İyun 2017 13:18 (UTC+04:00)

Müğənni Aytac Vidadiqızı bu yayın hitini təqdim edib. SİA-nın məlumatına görə, söz və musiqisi ifaçının özünə aid olan mahnı "Qədrimi bil" adlanır. Sənətçi yeni mahnısının yay aylarında bütün əyləncə məkanlarının əsas hitlərindən biri olacağına əmin olduğunu bildirib:"Yeni mahnım uğurlu olacaq. Bu bəstəmin ərsəyə gəlməsində çox çalışmışam. Mahnımı ölkənin bütün radiolarında dinləmək mümkün olacaq".

Aytac Vidadiqızı "Qədrimi bil" mahnısına bir neçə həftə sonra klip çəkilişinin başlayacağını da gizlətmədi:"Bilirsiz ki, bir neçə ildir türkiyəli musiqiçilərlə əməkdaşlıq edirəm. Son klipim də elə orada lentə alınıb. "Qədrimi bil" klipi də Türkiyədə lentə alınacaq. Artıq çəkiliş məkanı olaraq bir neçə yer də seçilib. Bu klipdə geyimlərimə də xüsusi diqqət edəcəyəm. Libasımın hazırlanmasını türkiyənin məşhur dizaynerlərindən birinə həvalə edəcəyəm".