Gəncədə ət satışı ilə məşğul olan 14-dən artıq obyekt bağlanıb

10 Sentyabr 2010 00:47 (UTC+04:00)

Gəncə şəhərində fəaliyyət göstərən ət dükanlarında yoxlamalara başlanılıb. Bu barədə SİA-nın bölgə müxbirinə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Kərim Rəhimov məlumat verib.

Onun sözlərinə əsasən yoxlamalarda əsas diqqət ət məhsullarının gigyenik tələblərə cavab verib-verməməsinə yönəlib. Artıq iki obyekt bağlanıb. Ümumiyyətlə isə cari ilin müvafiq dövrü ərzində 14-dən artıq ət satışı ilə məşğul olan obyektin fəaliyyətinə qadağa qoyulub.