Politoloq: “Həmsədr dövlətlər münaqişənin həllində maraqlı deyil” MÜNASİBƏT

5 İyun 2017 11:39 (UTC+04:00)

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri ərəfəsində ermənilər cəbhədə bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ötən həftə ermənilərin cəbhəboyu törətdikləri təxribatlar onu göstərir ki, bəzi qüvvələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən təzyiq vasitəsi kimi istifadə etməkdə maraqlıdırlar. Bu arada, son zamanlar Azərbaycan ilə Qərb arasında münasibətlərin isinməsinin şahidiyik. Bu, istər-istəməz münaqişənin nizamlanmasına da tərsirsiz ötüşməyəcək.

ATƏT-ə qaldıqda isə, indiki halda üç həmsədr dövlətin (Rusiya, ABŞ, Fransa) münaqişə ilə bağlı fikirləri üst-üstə düşür. Bu isə o deməkdir ki, onlar münaqişənin həllində maraqlı deyillər”.