Ceyhan limanından dünya bazarlarına 3,1 milyon ton Azərbaycan nefti çıxarılıb

9 Sentyabr 2010 21:09 (UTC+04:00)

Bu ilin avqust ayı ərzində 3,1 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu ilin yanvar-avqust aylarında isə bu göstərici 24,9 milyon ton təşkil edib.

SİA-nın məlumatına görə, ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan istismara verilən gündən 2010-cu ilin sentyabr ayının 1-ə qədər Ceyhan limanından 129,5 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.