Manisada ardıcıl 4 zəlzələ olub

4 İyun 2017 21:03 (UTC+04:00)

Türkiyənin Manisa şəhərinin Saruhan mahalında bu gün də səhər saatlarında zəlzələ baş verib. Axar.az xəbər verir ki, şəhər ərazisində 1 saat ərzində 4 dəfə zəlzələ olub. Zəlzələ 4,4, 4, 4,6 və 4,8 bal gücündə qeydə alınıb. Dağıntılar barədə ətraflı məlumat verilməyib. Qeyd edək ki, ötən gün də Manisada 5,1 bal gücündə zəlzələ baş vermişdi.