Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət artırıldı

9 Sentyabr 2010 06:31 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamda qeyd olunur ki, məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləği 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilsin.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.