Rusiya Federasiyası yaxın gələcəkdə özünün Avrasiya materiki və keçmiş SSRİ məkanında təsirini itirəcək. Axar.az xəbər verir ki, bu barədə informasiya “Stratfor” şirkətinin hesabatında yer alıb. Hesabata əsasən Rusiyanın təsirinin zəifləməsinə şərait yaradan amillərdən biri də ölkənin demoqrafik vəziyyəti olacaq. Belə ki, 2050-ci ilə qədər Rusiyanın əhalisi 10% azalaraq, 129 milyon nəfərə düşəcək:
“ABŞ-ın əhalisi həmin zamana qədər 20%-dən çox artacaq. Rusiyada isə etnik slavyanların sayı azalacaq. Bu da ölkənin siyasi və mədəni identikliyində böyük çətinliklər yaradacaq. Demoqrafik fəaliyyət Moskvaya qarşı onun hansı istiqamətdə siyasət yürütməsindən asılı olmayaraq, davam edəcək. Üstəlik, Avrasiyanın postsovet əhalisinin sayının artması bölgədə dominant rol oynayan Rusiyanın mövqelərinin böyük təhdidlə üzləşməsinə səbəb olacaq”.