Dani Alveş: "Yuventus"un "Real"la çoxdankı hesabı var"

3 İyun 2017 12:40 (UTC+04:00)

"Yuventus"un futbolçusu Dani Alveş Çempionlar Liqasının finalında "Real"la oyun öncəsi açıqlama verib. SİA-nın məlumatına görə, o, Madrid klubununun görüşün favoriti olmadığını deyib: "Real" favorit deyil. "Yuventus"un "Real"la çoxdankı hesabı var. Çünki "Yuventus"a qarşı 1998-ci ildə keçirilən Çempionlar Liqasının finalında qolu oyunkənar vəziyyətdən vurmuşdular".

Qeyd edək ki, "Real" 1998-ci ildə ofsayddan vurulan qolla 1:0 hesabı ilə qalib gələrək kubokun sahibi olub.