Bu gün Azərbaycan birinciliyinə start verilir

3 İyun 2017 12:17 (UTC+04:00)

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. SİA-nın məlumatına görə, Bakı Boks Mərkəzində keçiriləcək yarış 6 gün davam edəcək.

Birincilikdə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparacaq.

Yarışa qatılacaq 2003-2004-cü il təvəllüdlü boksçular 16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.

Turnirin baş hakimi Anar Nağdiyev olacaq.

Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.