Gədəbəyin bəzi kəndləri bu qış da qazsız qalacaq

9 Sentyabr 2010 03:23 (UTC+04:00)

Gədəbəy rayonunun bəzi kəndlərinə bu qış qaz verilməsi mümkün olmayacaq. Səbəb 26 kəndi əhatə edəcək 65 km uzunluğunda qaz xəttinin çəklişinin qış aylarına qədər yekunlaşmamasıdır. Bu barədə SİA-nın bölgə müxbirinə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev məlumat verib.

Onun sözlərinə əsasən hazırda qaz xəttinin 22 km-də işlər yekunlaşıb. Saratovka kəndinə mavi yanacağın verilişi bərpa olunub. Qış aylarına kimi isə Göyənli kəndinin qazlaşldırılması tamamlanacaq.

"Böyük ehtimalla 26 kəndin mavi yanacaqla təmin edilməsi bu qış mümkün olmayacaq" - deyə Q.Paşayev bilidrib.