Şəmkir sakini intihar edib

9 Sentyabr 2010 03:19 (UTC+04:00)
Şəmkir şəhərində intihar hadisəsi qeydə alınıb. Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə bildirilib ki, şəhər sakini, 1976-cı il təvəllüdlü Rüstəm Səfərov özünü asıb. Yaşadığı mənzilin həyətində özünə qəsd edən mərhumun hansı səbəbdən bu əmələ əl atdığı bilinmir. Polis araşdırmanı davam etdirir.