Milli Dram Teatrında “Açıq qapı” günləri

3 İyun 2017 09:43 (UTC+04:00)

İyunun 12-də Bakıda ikinci Respublika Xalq Teatrları Festivalının final mərasimi təşkil ediləcək. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında gerçəkləşəcək final mərasimində əvvəlcə xalq teatrlarının çıxışlarına münsiflər heyəti tərəfindən baxış keçiriləcək.

İyunun 14-də isə Milli Dram Teatrında təşkil ediləcək bağlanış mərasimində festivalın qalibləri və müxtəlif nominasiyalar üzrə təltif olunan teatrlar mükafatlandırılacaq.

Eyni zamanda, festival çərçivəsində sənət ocağında “Açıq qapı” günləri də tətbiq ediləcək.