Elmar Məmmədyarov Tina Kaydanau ilə görüşüb

9 Sentyabr 2010 03:06 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanaunu (Tina S. Kaidanow) qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bu istiqamətdə aparılan danışıq prosesinin cari vəziyyəti müzakirə edilib.

 

Görüş zamanı tərəflər həmçinin regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.