"Dinamo Kiyev" rəhbərliyi baş məşqçi Serqey Rebrovla yollarını ayırıb. SİA-nın məlumatına görə, 42 yaşlı mütəxəssisin sona çatan müqaviləsini yeniləməmək qərara alınıb.
S.Rebrov "Dinamo"nun əsas komandasını baş məşqçi kimi 2014-cü ildən çalışdırırdı. O, kluba 2 Ukrayna çempionluğu, 2 ölkə Kuboku və Ukrayna Superkubokunu qazandırıb.