Dünya birjalarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar və ya 0,68% azalaraq 48,03 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,57% azalaraq 50,34 dollar olub.