Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb

2 İyun 2017 09:11 (UTC+04:00)

Qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb. SİA-nın məlumatına görə, Bakı İdman Sarayında Danimarka millisi ilə qarşılaşan yığmamız 3:0 hesabı ilə qalib gəlib. Təmsilçilərimiz hər üç setdə rəqibini böyük hesabla məğlub ediblər - 25:12; 25:14; 25:14.

Hazırda Azərbaycan millisi 9 xalla “E” qrupunun lideridir. Hollandiya və Ukrayna milli komandaları 6 xalla ikinci və üçüncü pillədə yer alıblar. İsrail 3 xalla dördüncü yerdədir. Norveç və Danimarka komandalarının isə hesabında xal yoxdur.