Vida mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, hökumətin digər üzvləri, millət vəkilləri, siyasi partiya rəhbərləri, ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Qeyd edək ki, şəhid general-mayor Aydoğan Aydını mayın 31-də Ankara vaxtı ilə 20.55-də Türkiyənin Şırnak vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan 13 hərbçi arasında olub. Digər şəhidlər üçün də vida mərasimləri təşkil olunub. (AZƏRTAC)