"Kamal Kılıçdaroğlu Gülən camaatı tərəfindən girov götürülb"

2 İyun 2017 02:20 (UTC+04:00)

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Gülən camaatı tərəfindən girov götürülb. Axar.az xəbər verir ki, bu sözləri AKP-nin Qaziantepdən seçilən deputatı Şamil Təyyar canlı efirdə çıxışı zamanı deyib.

“Hazırda Kılıçdaroğlu FETÖ-çuların girovluğundadır. Onun camaatdan xilas edilməsi lazımdır. CHP lideri FETÖ şəbəkəsi üzərindən siyasət yürüdür”, - millət vəkili iddia edib.