Moskvada keçirilən dünya çempionatında 48 kq çəkidə qadın güləşçimiz Patimat Baqomedova qırğız rəqibi Mikhrniso Nurmatovanı tam üstünlüklə (6:0, 4:0) məğlub edib. Azərbaycan Güləş federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 1/8 finalda təmsilçimiz venesuelalı Mayelis Yesenia Caripa Kastillonu (7:0, 4:2) tam üstünlüklə qalib gəlib. 1/4 finalda tunisli Maori Mezienə (3:1, 1:0) qalib gələn Patimat yarımfinalda Rusiya təmsilçisi Lorisa Oorjak ilə qarşılaşacaq.
51 kq çəki dərəcəsində Anjela Doroqan fransız rəqibi Vanessa Zohra Bubryemm üzərində təmiz qələbə qazanaraq 1/4 finala yüksəlib. Bu mərhələdə yaponiyalı Yu Horiuchi ilə görüşdən məğlub ayrılan Anjela Doroqan rəqibinin finala yüksələcəyi təqdirdə təsəlliverici görüşlərə qatılacaq.
Yunan-Roma güləşi üzrə 74 kq çəkidə mübarizə aparan Rafiq Hüseynov ilk görüşdə isveçli Robert Patrik Rosengerni (1:0, 1:0) məğlub edərək 1/8 finala yüksəlib. Bu turda onun rəqibi Türkiyə təmsilçisi Selçuk Cebi olub. Rafiq Hüseynov dünya çempionu Selçuk Cebi ilə görüşdən (1:0, 0:1, 0:1) məğlub ayrılıb.