Ermənistanda İraq vətəndaşları bıçaqlanıb

1 İyun 2017 23:04 (UTC+04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, əcnəbilər arasında başlayan mübahisə davaya çevrilib. Dava iştirakçılarından biri digər iki soydaşına bıçaq xəsarətləri yetirib. Hadisəni törədən şəxs hadisə yerindən qaçıb. Onun barəsində axtarış elan edilib.