Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib

1 İyun 2017 21:36 (UTC+04:00)

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Muğan bürosunun verdiyi məlumata görə, Sabirabad rayonunun Xəlifəli kəndində 1966-cı il təvəllüdlü Pənahov Fazil Manaf oğlu idarə etdiyi motosikletlə rayon sakini Şahverdiyev Zamanın idarə etdiyi “VAZ 2104” markalı avtomobil toqquşub. Hadisə nəticəsində F. Pənahov ölüb. Hazırda faktla bağlı araşdırma aparılır.