Sentyabrın 9-u və 10-da qeyri-iş günüdür

8 Sentyabr 2010 21:54 (UTC+04:00)

Azərbaycanda Ramazan bayramı sentyabrın 9-u və 10-da qeyd olunacaq. Azərbaycan Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin 26 noyabr 2009-cu il tarixli qərarına əsasən, Ramazan bayramının təsadüf etdiyi 9 və 10 sentyabr tarixləri qeyri-iş günü hesab olunur.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin eyni qərarına əsasən, noyabrın 16 və 17-si də Qurban bayramı ilə əlaqədar qeyri-iş günü sayılır.