Bakı, Gəncə və Şəki apellyasiya məhkəmələrinin sədrləri təyin edilib

8 Sentyabr 2010 07:35 (UTC+04:00)
Azərbaycan Prezidenti Ilham Əliyev Bakı, Gəncə və Şəki apellyasiya məhkəmələrinin sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini rəhbər tutaraq Prezident İlham Əliyev İman Məmməd oğlu Nağıyevin Bakı Apellyasiya Məhkəməsinin sədri, Rafiq Uğuz oğlu Məmmədovun Gəncə Apellyasiya Məhkəməsinin sədri, Mübariz Dosməmməd oğlu Əkbərovun isə Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edib.