Mingəçevirdə aşağı yaş qruplarına daxil olan uşaqlar üçün məşq keçirilib - FOTOSLAYD

7 Sentyabr 2010 21:58 (UTC+04:00)
İyulun 12-də start götürən "Elit məşq" layihəsi çərçivəsində Mingəçevirdə sentyabrın 6-da aşağı yaş qruplarına daxil olan uşaqlar üçün məşq keçirilib. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, məşq Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutub. Hazırlıq prosesi AFFA-nın seleksiyaçı-məşqçisi Nadir Qasımovun rəhbərliyi ilə keçirilib.
Məşqdə Mingəçevir, Naftalan, Ağdaş, Yevlax və Oğuz rayonlarından olan 11 yaşdan 16 yaşadək 40-dan artıq uşaq iştirak edib.