Paytaxtda “BİHE” Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək

7 Sentyabr 2010 20:20 (UTC+04:00)
Sentyabrın 22-24-ü tarixlərində də Bakıda "BİHE" Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi keçiriləcək. "İteca Caspian" şirkətindən SİA-ya verilən xəbərə görə, bu sərgi Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə baş tutacaq. Sərgidə 15 ölkəni təmsil edən 100-dən artıq şirkətin iştirakı gözlənilir. "BİHE" sərgisinin debütantları arasında Bavariyanın İqtisadiyyat, Nəqlyyat və Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən Bavariya milli stendi də var.

"BİHE" sərgisi ilə yanaşı 5-ci Yubiley Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi də təşkil olunacaq. Sərginin ərazisində kiçik cərrahiyyə əməliyyat və prosedurları da keçiriləcək. Stomatologiya sərgisi çərçivəsində "Dünya nailiyyətləri fonunda stomatologiyanın aktual problemləri" adlı 16-cı Beynəlxalq Elmi Praktiki konfransda təşkil olunacaq.

Sentyabrın 22-24-ü tarixində paytaxtda 4-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi də keçiriləcək. İlk dəfə olaraq sərgi çərçivəsində təşkil olunacaq estetik təbabət üzrə konfranssın əsas mövzusu dəriyə qulluq prosedurlarına həsr olunacaq.