ŞOK! Türkiyə idmançılarının qaldığı otel əxlaqsızlıq yuvası çıxdı

7 Sentyabr 2010 20:38 (UTC+04:00)

Moskvada keçirilən güləş üzrə Dünya çempionatına qatılmaq üçün Rusiyaya gedən Türkiyə güləşçiləri məskunlaşdıqları oteldə əxlaqsızlıq yuvasının düz ortasına düşüblər. SİA-nın Türkiyənin turkspor.net saytına istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtında çempionatda iştirak edəcək idmançıların yerləşdirildiyi oteldə açıq-aşkar əxlaqsız qadınların satışı təklif olunur.
Türkiyə Güləş Federasiyası idmançılarını eyni mərtəbədə yerləşdirərək bu hallardan uzaq tutmağa çalışdığını açıqlayıb.

Qeyd edək ki, orada məskunlaşmış bir çox ölkələrin federasiyaları bu barədə Beynəlxlaq Güləş Federasiyaları Birliyinə şikayət etməyi planlaşdırırlar.