Azərbaycanlı güləşçi erməni rəqibini məğlub edib

7 Sentyabr 2010 09:58 (UTC+04:00)

Moskvada güləş üzrə dünya çempionatının ilk günü başa çatıb. Yarışın ilk günü azərbaycanlı yunan-Roma güləşçilərindən 2008-ci il Olimpiya oyunlarının gümüş mükafatçısı Vitali Rəhimov medala layiq görülüb.

SİA-nın məlumatına görə, həmyerlimiz 66 kq çəki dərəcəsində ardıcıl olaraq rəqiblərindən hindistanlı Kumar Sunilli, ermənistanlı Arman Adikiyana qalib gələrək, 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə Rusiya təmsilçisi Ambako Vaçadzeyə məğlub olsa da, bürünc mükafat uğrunda mübarizəni davam etdirib. Üçüncü yer uğrunda V.Rəhimov isveçrəli Paskal Strebel və Macarıstan pəhləvanı Tamas Lorinçi udaraq bürünc medal ilə kifayətlənib.