“Mən evimə qayıdıram” və “Onun ürəyi” filminin çəkilişlərinə bu yaxınlarda başlanılacaq

7 Sentyabr 2010 02:47 (UTC+04:00)
"Vətən and yerimizdir" müsabiqəsinin qalibi olan İsmayıl Səfərəliyevin "Mən evimə qayıdıram" filminin üzərində hazırlıq işləri, ssenarinin təkmilləşdirlməsi və çəkiliş qrupunun təyin edilməsi gedir. SİA-nın məlumatına görə, filmin rejissoru Şamil Əliyevdir. "Onun ürəyi" filminin isə ikinci çəkilişlərinə bu yaxınlarda başlanılacaq. Bu filmin rejissor Samir Kərimoğludur.

Qeyd edək ki, bu il Mədəniyyət və Turizm Nazirliyi gənc rejissorlar (35 yaşadək) üçün növbəti, sayca 4-cü "Bu meydan, bu ekran" müsabiqəsini keçirib və müsabiqədə üç layihə qalib olub. Burada çəkiləcək filmlər də artıq istehsalata buraxılıb. "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzində "Gözlərimə gün düşür", "Cinema Evi" MMC-də "Atamı çox sevirəm", "Ayan-Z" MMC-də isə "Günəşdə ləkələr" layihələri ekranlaşdırılacaq. Qısametrajlı və video formatda olacaq filmlərin hazırda ssenariləri üzərində iş getməklə yanaşı çəkiliş qrupu da müəyyənləşdirilir.