“Qarabağ” "Bakı" ilə qarşılaşacaq

7 Sentyabr 2010 01:53 (UTC+04:00)
"Qarabağ" klubu bu gün yoxlama oyunu keçirəcək. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumta görə, Ağdam təmsilçisi "Bakı" ilə matçda qüvvəsini sınayacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matçın start fiti saat 18:00-da veriləcək.