"İnter" məğlub olub

7 Sentyabr 2010 01:41 (UTC+04:00)
Türkiyədə təlim-məşq toplanışında olan paytaxtın "İnter" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, "İnter" "Kardemir Demir Çelik Karabükspor" klubu ilə keçirilən qarşılaşmada 1:2 hesabı ilə məğlub olub. Ölkə çempionunun heyətində Petar Zlatinov fərqlənib.