Azad Rəhimov: “Vüqar Həşimovun hərəkətləri dünyada yüksək yerlərdə olan, Azərbaycanı təmsil edən idmançıya yaraşmır”

7 Sentyabr 2010 00:19 (UTC+04:00)
"Vüqar Həşimovun Qari Kasparovun komandasında oynaması bizi çox narahat edir və qane etmir". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. O, Q.Kasparovla Moskvada eyni qrupda oxumasına baxmayaraq Vüqarın onun komandasında oynamasının heç də yaxşı qarşılamadığını bildirib: "Son olimpiadada Vüqar Həşimovun hərəkətləri, qruplaşmaya çağırmaları dünyada yüksək yerlərdə olan, Azərbaycanı təmsil edən idmançıya yaraşmır". A.Rəhimov idmançının federasiyaya çağrıldığını, ancaq onun federasiyaya gəlib açıqlama vermədiyini qeyd edib.