Müdir müavini: “Bakı şəhər Təhsil İdarəsi məktəbli formasını məcburi qaydada qarşıya məqsəd qoymur”

6 Sentyabr 2010 23:36 (UTC+04:00)
Bakı şəhər Təhsil İdarəsi məktəbli formasını məcburi qaydada qarşıya məqsəd qoymur. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında BŞTİ-nin müdir müavini Məhəbbət Qarabağlı məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyi və Təhsil İdarəsi bu məsələyə məktəb direktorlarının qarışmasını qadağan edib.

"Bu seçimi ancaq valideynlərin öhdəsinə buraxmışıq. Təbii ki, 40 manat məbləğində məktəbli geyimi almaq bahadır. Yenə də valideyn məktəbli formasını istəsə ala, istəməsə də almaya bilər. Bu məsələdə məcburiyyət yoxdur. Hansısa məktəbdə məktəbli geyimi ilə əlaqədar çek tələb edilməsi ilə bağlı xəbərim yoxdur. Əgər kimsə belə bir faktla qarşılaşarsa və yaxud da kimdəsə belə hal baş verərsə, bunu mütləq Təhsil İdarəsinə çatdırsın"- deyə M.Qarabağlı əlavə edib.